Kamran Əliyev: “İtkin düşən şəxslərin axtarışları antiterror tədbirlərindən sonra daha da genişləndirilib”

Kamran Əliyev: “İtkin düşən şəxslərin axtarışları antiterror tədbirlərindən sonra daha da genişləndirilib”
  • Cəmiyyət / Maraqlı

  • “Lokal xarakterli antiterror tədbirlərindən sonra Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərin axtarışları daha da genişləndirilib”.

    Bunu “Report”un Ankara bürosuna açıqlamasında Azərbaycanın Baş prokuroru Kamran Əliyev deyib.

    O bildirib ki, itkin düşənlərin axtarışı davam edir: “Hazırda bu istiqamətdə işlər gedir”.

    Baş prokuror vurğulayıb ki, Azərbaycan əvvəllər dəfələrlə Ermənistan rəhbərliyindən itkin düşən şəxslərin kütləvi formada dəfn edildiyi yerlərin xəritəsini tələb edib:

    “Lakin onlar xəritələri vermirdilər, ya da səhv xəritələr verirdilər. İndi həmin ərazilər işğaldan tam azad olunub. Artıq aidiyyəti üzrə dövlət qurumları və Hərbi Prokurorluq itkin düşənlərin axtarışı üzərində işləyir”, - K.Əliyev söyləyib.

    Qeyd edək ki, Azərbaycan Baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin Baş Prokurorları Şurasının 2-ci iclasında iştirak etmək məqsədilə Ankara şəhərində işgüzar səfərdədir.
    PAYLAŞ:

    Oxşar xəbərlər