20 oktyabr-Zəngilan Şəhəri Günü

20 oktyabr-Zəngilan Şəhəri Günü
  • Cəmiyyət

  • Vətən müharibəsi başlanan gündən Azərbaycan ordusu bütün qüvvəsi ilə mübarizə aparırdı.Bir-birinin ardınca qazanılan qələbə əsgərlərimiz arasında böyük ruh yükcəkliyi yaratmışdı.Artıq ordu nəyin bahasına olursa olsun ancaq irəliyə doğru addımlayırdı.Nə döyüşdə ölüm qorxusu,nə də sərt hava şəraiti əsgərlərimizi bir an olsun belə ruhdan salmırdı.İndi onları növbəti qələbə gözləyirdi.
               
    Azərbaycan əsgəri qızğın döyüşlərin 24-cü günü Zəngilan ərazisinə daxil olaraq düşməni geri çəkilməyə məcbur etdi və rayonun bir neçə yaşayış məntəqəsi işğaldan azad edildi.Bu döyüşdə ordumuz düşmən tərəfin xeyli canlı qüvvəsini və texnikasını sıradan çıxarmağa müvəffəq oldu.
                   
    Zəngilan rayonu 1993-cü il oktyabrın 29-da erməni vandalları tərəfindən işğala məruz qalmışdır.Şəhərin dini,tarixi və mədəni abidələri,qəbristanlıqları məhv edilmişdir.Zəngin təbiətə malik olan Zəngilan ekoloji terrora məruz qalmış,təbii yataqlar vəhşıcəsinə istismar edilmişdir.Ağır tullantı suları Zəngilandan keçərək Araz şayına tökülən Oxçuçayını çikləndirmişdir.
                   
    Artıq Zəngilan işğaldan azadır.Şəhərin azad edilməsi ilə Azərbaycan-İran sərhədi tam bərpa edildi.İşğal altında qalmış 132 kilometr sərhəd bərpa edildi.Müharibə bitdikdən dərhal sonra sərhəd boyunca bütün lazımi tədbirlər görüldü.
                   
    Zəngilan uğrunda döyüşlərdə iştirak edənlərin şücaət və vətənpərvərliyinin dövlət tərəfindən qiymətləndirilməsi üçün 2020-ci il noyabrın 26-da “Zəngilanın azad olunmasına görə”medalı təsis edildi.Ali Baş Komandan Prezident İlham Əliyevin sərəncamı ilə Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və və sücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 6974 hərbi qulluqçusu “Zəngilanın azad olunmasına görə”medalı ilə təltif olundu.
                   
    Vətən müharibəsi bitdikdən sonra Prezident İlham Əliyev və xanımı Mehriban Iliyeva Zəngilana səfər etdilər.Müzəffər Ali Baş Komandan Zəngilanda Azərbaycan Respublikasının üçrəngli bayrağını qaldırdı.Qələbədən dərhal sonra Zəngilanda bərpa və quruculuq işlərinə başlanıldı.Bu işlərə nəzarəti şəxsən cənab Prezident öz üzərinə götürmüşdü.Zəngilana olunan səfər onu göstərirdi ki,”Böyük Qayıdış” üçün bütün mövcüd potensiallar səfərbər olunub.
                   
    İşğal olunmuş ərazilərin sürətlə bərpası “Ağıllı kənd” layihəsini həyata keçirməyə imkan yaratdı.Zəngilandakı Ağalı kəndi Qafqazda müasir kənd kimi tarixə düşdü. Qarabağın “yaşıl enerji zonasına  çevrilməsi  prosesində Zəngilanın xüsusi rolu var.



    Ş.Xəlilova
    S.Xəlilov adına Qızılağac kənd 1 nömrəli tam orta məktəbinin müəllimi
     

    PAYLAŞ:

    Oxşar xəbərlər