Umayra Tağıyeva: “Bu il qışda temperaturun 1 dərəcəyə kimi yüksək olması gözlənilir”

Umayra Tağıyeva: “Bu il qışda temperaturun 1 dərəcəyə kimi yüksək olması gözlənilir”
  • Cəmiyyət

  • “Xarici mütəxəssislərin fəsillik proqnozuna görə bu il qış fəslində temperaturun 1 dərəcəyə kimi yüksək olması ehtimalı 60 % təşkil edir”.

    Leqal.az bildirir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva deyib.

    O bildirib ki, uzunmüddətli proqnozların verilməsi çətindir: “Ona görə də indidən qış fəsli ilə bağlı nəsə demək yalnız fərziyə kimi qəbul oluna bilər. Etibarlı informasiya 1-3 gün arasında olan müddəti əhatə edir. Bəzən bir fəsildə 4 mövsümü izləmək imkanımız da olur. Bu da iqlim zənginliyindən xəbər verir. Misal olaraq, bəzən Bakıda 35 dərəcə isti olduğu halda, dağlıq ərazilərdə qar mənzərələri ilə rastlaşırıq".
    PAYLAŞ:

    Oxşar xəbərlər