Qələbədən- qələbəyə aparan böyük Sərkərdə

Qələbədən- qələbəyə aparan böyük Sərkərdə
  • Cəmiyyət

  • Ağdərə, Xocalı, Xocavənd və Xankəndidə bayrağımızın qaldırılması Azərbaycan xalqının  ən sevincli və  qürurlu anlarıdır desək yanılmarıq.Ulu öndər Heydər Əliyevin layiqli davamçısı Möhtərəm Prezidentimiz cənab İlham Əliyev 15 oktyabr tarixində Ağdərə, Xocalı, Xocavənd və Xankəndidə bayrağımızın qaldırılması Azərbaycan tarixinin yeni qızıl hərflərlə yazılan günü və  qələbəsidir. 
             
    15 oktyabr 2003-cü il tarixində keçirilmiş seçkilərdə Prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini ləyaqətlə davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla aparır. Regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan, söz sahibinə çevrilən Azərbaycanın müstəqil siyasəti, ərazi bütövlüyünün və suverenliyin bərpası təmin olundu.Hər birimiz 20 illik fəaliyyəti dövründə  Azərbaycanı  böyük inkişafa ,qələbədən- qələbəyə aparan böyük Sərkərdə cənab İlham Əliyevə minnətdarıq. 
             
    “Heydər Əliyev İli” Azərbaycan tarixində, xalqımızın yaddaşında möhtəşəm qələbələr, tarixi anlarla yaddaşlarda qalmaqdadır. 30 ildən artıq müddətdə həsrətində olduğumuz  torpaqlarımız  düşməndən azad olundu ərazi bütövlüyümüz və suverenliyimiz bərpa  olundu. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, əldə etdiyimiz uğurlara görə Ulu Öndər Heydər Əliyevin müdrik siyasətinə və Azərbaycan övladları, qüdrətli Ordumuzun əsgərləri, qəhrəman igidlərimizə borcluyuq.
             
    Prezident İlham Əliyevin Xankəndi şəhərinin mərkəzi meydanında bayrağımızı qaldırdıqdan sonra  xalqımıza müraciətində bildirdi: “Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində Prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi.” Bəli 30 ilin həsrəti və 20 ilin uğuru.Nəyi nə vaxt edəcəyini bilən uğurlu siyasət aparan Ali Baş Komandan. Dövlətimizin başçısı Xankəndidə bayraq qaldırmaqla  20 illik fəaliyyətinin hesabatını verdi.

    Bu iyirmiillik tarix bizim uğur tariximizdir. Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin sirri siyasət elmini, diplomatiyanı, idarəetməni, beynəlxalq münasibətləri dərindən bilməsi, rəhbərlik etdiyi dövləti ürəkdən sevməsi, xalqına olan sonsuz məhəbbəti ilə əlaqədardır. Əsl Azərbaycan vətəndaşı kişisi olaraq verdiyi hər bir sözə, vədə sahib çıxdı.Dövlətimizi daha uğurlu,parlaq gələcəyə aparan cənab İlham Əliyev bir daha qeyd etdi ki: ”Əziz həmvətənlər, bu meydanda bu gün durmaq böyük xoşbəxtlikdir, böyük fərəhdir, qürur mənbəyidir. Mən qürur hissi ilə Azərbaycan Bayrağını bu gün qaldırmışam və doğma xalqıma bir daha demək istəyirəm ki, biz bu Qələbəyə layiqik. Azərbaycan xalqı bu Qələbəni öz qanı, canı bahasına əldə etmişdir. Bu gün burada qaldırdığım Bayraq burada əbədi dalğalanacaq və biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
           
    Ali Baş Komandan Azərbaycan xalqının qəlbində özünə əbədi yer edib.  Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanı qurub, İlham Əliyev isə onu güclü bir dövlətə çevirib, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edib.Dahi sərkərdənin uzaqgörən siyasəti  nəticəsində Azərbaycan sonrakı dönəmlərdə də daha böyük uğurlara imza atacaqdır.


       
    Əntiqə Tağıyeva,
    Hişkədərə kənd sakini
     
    PAYLAŞ:

    Oxşar xəbərlər