Azərbaycan Prezidenti İlham Əliyev millət vəkili Məşhur Məmmədov haqqında sərəncam imzalayıb.
Leqal.az xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncama əsasən, Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Məşhur Şahbaz oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Milli Məclisin deputatı M.Məmmədovun sabah 60 yaşı tamam olacaq.