Sentyabrın 27-də - Anım Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olublar.
Leqal.az xəbər verir ki, dövlətimizin başçısı və Birinci vitse-prezident parkın girişində xatirə daşının üzərinə gül dəstələri qoydular.