“Qənirə Paşayeva süni nəfəs aparatına qoşulub, heç bir reaksiya vermir”

“Qənirə Paşayeva süni nəfəs aparatına qoşulub, heç bir reaksiya vermir”
  • Cəmiyyət

  • Xəbər verdiyimiz kimi, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva komaya düşüb. O, hazırda Mərkəzi Klinik Xəstəxanadadır və süni nəfəs aparatına qoşulub.

    Manset.az deputatın vəziyyəti ilə bağlı onun əmisi, professor Qəzənfər Paşayevlə təkrar əlaqə saxlayıb.

    Professor qeyd edib ki, deputat Qənirə Paşayevanın vəziyyəti ağır olaraq qalır:
    “Qənirə xanım koma vəziyyətindədir. O hazırda süni nəfəs aparatına qoşulub və heç bir reaksiya vermir. Təzyiqində bir az irəliləyiş var. Dövlətimiz və həkimlərimiz Qənirə xanımın səhhəti ilə məşğuldurlar. İnşallah ki, düzələr. Mən bilməzdim ki, insanlarımız Qənirə xanımı bu qədər sevirlər. Mən buna görə çox sevinirəm. İnanıram ki, insanların bu sevgisi Qənirə xanımı xilas edəcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər