Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını artıq Ağdam rayonu ərazisindədir.
Leqal.az Report-a istinadən xəbər verir ki, yardım Ağdam-Xankəndi yolu ilə Qarabağda yaşayan erməniəsilli sakinlərə çatdırılacaq.
Qeyd edək ki, həmin yardım sentyabrın 10-da Qarabağdakı erməniəsilli sakinlərə çatmalı idi.
***
Rusiya Beynəlxalq Qızıl Xaç Cəmiyyətinin (BQXC) Qarabağdakı erməniəsilli sakinlərə göndərdiyi yardım maşını Xankəndi istiqamətinə yola salınıb.