Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək?

Qeyri-sabit hava şəraiti neçə gün davam edəcək?
  • Cəmiyyət

  • “Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti sentyabrın 10-u gündüzə qədər davam edəcək. Bununla əlaqədar dağ çaylarında sel təhlükəsi qalmaqdadır”.

    Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.

    O bildirib ki, bu müddət ərzində Balakən-Şəki bölgəsi ərazisindən axan Talaçay, Şinçay, Şişçay, Kürmükçay, Əyriçay, Oğuz-Qəbələ bölgəsi ərazisindən axan Əlicançay, Türyançay, Göyçay, Dəmiraparançay, Dağlıq Şirvan bölgəsi ərazisindən axan Girdimançay, Pirsaatçay və Quba-Qusar bölgəsi ərazisindən axan Qaraçay, Vəlvələçay, Qudyalçay, eyni zamanda, Daşkəsən-Gədəbəy, Qazax-Gəncə bölgəsi ərazisindən axan Ərsikçay, Zəyəmçay, Gəncəçay, Kürəkçay, Gorançay, Qarabağ-Şərqi Zəngəzur bölgəsi ərazisindən axan Köndələnçay, Quruçay, Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançay, Viləşçay, Təngərudçay, Bolqarçay, transsərhəd çay olan Qabırrıçayda sel gözlənilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər