Laçın sərhəd buraxılış məntəqəsi 23 aprel 2023 cü ildən fəaliyyətə başladı.Nazirlər kabineti həmin gün bu siyasi əhəmiyyət daşıyan məntəqəni buraxılış məntəqələri siyahısına daxil etdi. Bu buraxılış məntəqəsi sıradan bir məntəqə deyil. Bu qərar Azərbaycanın ərazi bütövlüyünü tamamladı. 23 aprel 2023 cü il tarixi Azərbaycanın şərəf tarixinə qızıl həriflərlə yazılacaqdır. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu qərarı erməni lobbisinə, rus şovinizminə, Minsk qrupunu yenidən siyasi səhnəyə gətirmək istəyən qərb diplomatiyasına öldürücü, gözlənilməz zərbə oldu. Bu qərar qətiyyət idi, bir xalqın dünya bədxahlarına cavabı idi. Bu qərar Azərbaycan diplomatiyasının qələbəsidir.
Azərbaycan Prezidenti dəfələrlə bildirirdi ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil. Azərbaycan ərazi bütövlüyünü və daxili işlərini heç bir xarici dövlətlə müzakirə etmək fikrində deyil. Qəribədir Qərb dövlətləri bütün beynəlxalq məsələləri Rusiya ilə müzakirə etməyə razılıq vermədiyi halda, ATƏT in Minsk formatını yenidən canlandırmaq istəyir. Məqsəd aydındır. Yenə erməni lobbisinin və xristian təəsübkeşliyi diqqəti cəlb edir. Ukrayna məsələsində Rusiyaya sanksiyalar tətbiq edən Qərb, Qarabağ məsələsində güzəştə gedir. Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmur.
2020 ci ilin 27 sentyabrında Azərbaycan əks hücum əməlliyyatına başlayandan sonra, fərhal BMT nin Təhlükəsizlik Şurasının iclası çağrıldı.Azərbaycanı dərhal hərbi əməlliyatlarları dayandırmasını qərara aldılar.
Lakin Ali Baş komandan işğal altındakı torpaqlar işğaldan azad edilənədək müharibəni davam etdirməkdə qərarlı olduğunu bildirdi.1993 cü ildə qəbul edilmiş BMT nin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən 4 qətnaməni də Təhlükəsizlik Şurası ləğv etmək istədi.Yaxşı ki,Böyük Britaniya bu məsələnin müzakirəyə çıxarılmasına veto qoydu.Azərbaycan 23 apreldə Laçın buraxılış məntəqəsini istifadəyə verməklə öz ərazi bütövlüyünübaşa çatdırdı.Erməni lobbisi bütün dünyaya car çəkir ki, "arsax" blokadadır.
Nəticədə erməni mülki əhali blokadadır. Əslində Laçın yolundan ermənilər hərbi məqsədlər üçün istifadə edir.Qarabağa muzdlu terrorçular və mina
daşınır. Nəticədə Qarabağ iqtisadi rayonunda revanşistlər yeni müharibəyə hazırlaşırlar.On minlərlə erməni və İrandan, Suriyadan, Livandan gələn ermənilər təlim keçir. Azərbaycan tərəfi dəfələrlə bəyan edir ki, Dağlıq Qarabağ məfhumu və ona veriəcək status yoxdur və olmayacaq.Qarabağ iqtisadi rayonu var və bir də burada yaşayan Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni mülki əhali. Həmin erməni mülki əhali Azərbaycan vətəndaşlığını qəbul edəcəyi təqdirdə bütün hüquqlardan istifadəedə bilərlər. Kim Azərbaycan vətəndaşlığını qəbul etməyəcəksə Azərbaycan ərazisində yaşaya bilməz.
Axərbaycan tərəfi heç kəsi blokadada saxlamır və belə fikri də yoxdur. Humanitar fəlakəti yaratmaqda erməni tərəfi peşəkardır. Otuz ildən çoxdur ki, Ermənistan Naxçıvanı blokadada saxlayır. Buna bütün dünya susur. Sanki belə də olmalıdı.Zəngəzur dəhlizinin açılması ilə Naxçıvanın blokadası aradan qaldırılacaqdır. Zəngəzur dəhlizi bir Turan yolu olacaqdır.Türkiyə və Azərbaycan quru yolu ilə bir başa birləşəcək.
Bütün bunlar Axərbaycan Prezidentinin bir başa qətiyyəti sayəsində mümkün olacaqdır. Laçın sərhəd buraxılış məntəqəsinin qurulması və ermənilərə Ağdam Xankəndi yolu ilə humanitar yüklərin daşınması və buna alternativin olmaması da Cənab Prezidentin qətiyyətli siyasətinin nəticəsində reallaşacaqdır. Biz qalib tərəfik, biz öz ərazimizin şəriksiz sahibiyik.
Əhliman Əliyev,
Sığıncaq kənd tam orta məktəbinin direktoru