Azərbaycan Mərkəzi Asiya ölkələri ilə inkişafın yeni mərhələsinə qədəm qoyub

Azərbaycan Mərkəzi Asiya  ölkələri ilə inkişafın  yeni mərhələsinə  qədəm qoyub
  • Cəmiyyət

  •  XX əsrin sonunda öz müstəqilliyini bərpa edən Azərbaycan Respublikası yerləşdiyi mövqeyə görə istər Mərkəzi Asiya ölkələrinin, istərsə də Avropa ölkələrinin iqtisadi siyasətlərində yer tutmaq müvəffəqiyyətini əldə etmiş və  bu amillər də respublikamızın iqtisadi potensialına, inkişaf prioritetlərinə, xüsusilədə xarici iqtisadi siyasətinin formalaşmasına mühüm təsir göstərmişdir. Şərq-Qərb, Şimal-Cənub tranzit-kommunikasiya sistemlərinin qovşağında dayandığından Azərbaycan dünyanın aparıcı dövlətlərinin daim diqqət mərkəzindədir.
               
    Son illər Azərbaycan Mərkəzi Asiya  ölkələri ilə inkişafın  yeni mərhələsinə  qədəm qoyub.Ölkəmizin dünyada artan nüfuzu sayəsində birçox dövlətlər Azərbaycan  ilə əməkdaşlığa can atır və bu ölkələr arasında mərkəzi Asiya dövlətləri önəmli yer tutur.Son illər ərzində Azərbaycan Prezidenti ilham Əliyevn Mərkəzi Asiya ölkələrinə ardıcıl səfərləri xüsusilə diqqət çəkir.Bu əlaqələrin inkişaf  etməsi   isə təkcə Azərbaycan və Mərkəzi Asiya ölkələr üçün deyil, həm də bütün türk dünyasıüçün mühüm əhəmiyyət kəsb edir. İstər regionda,istərsə də dünyada baş verən
    geosiyasi proseslər dövlətləri birgə əməkdaşlığa səsləyir.Qarşılıqlı səfərlər zamanı imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin gələcək perspektivlərini müəyyənləşdirir.
             
    Azərbaycan və özbək xalqları arasında ənənəvi dostluq və qardaşlıq əlaqələri tarixən mövcud olub. Ortaq tarixi, dini və mədəniyyəti bölüşən, eyni kökə malik olan hər iki xalq arasındakı əlaqələr qədim dövrlərə gedib çıxır. Bakıda, İçərişəhərdə yerləşən, XV əsrə aid Buxara karvansarası Mərkəzi Asiyadan gələn tacirlər tərəfindən inşa edilib. XVI-XVII əsrlərdə yaşamış Azərbaycan filosofu, şairi və böyük din xadimi, əslən Qarabağdan olan Yusif ibn Məhəmmədcan Qarabağinin qəbri Özbəkistanın Səmərqənd şəhərində yerləşir. Bu faktlar münasibətlərimizin keçmişindən xəbər verir və göstərir ki, hələ XV əsrdə xalqlarımız arasında ticarət əlaqələri və elmi mübadilə mövcud olub.İki qardaş xalq arasında mədəni əlaqələr sovet dönəmində də xeyli inkişaf edib.

    Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub.

    Daim uğurla inkişaf edən və gələcəyə inamla addımlayan  Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Bütün dövlətlər və xalqlarla sülh, dostluq şəraitində yaşamaq niyyətini dəfələrlə bəyan edən ölkəmiz ən mötəbər beynəlxalq təşkilatlarda təmsil olunaraq qarşılıqlı əlaqələrin genişləndirilməsi və bu münasibətlərin çoxşaxəli əməkdaşlığa çevrilməsi istiqamətində fəal iş aparır.Dünyada və regionda sülhün, təhlükəsizliyin qorunmasına və möhkəmlənməsinə layiqli töhfələr verir. Sözü ilə əməli bir olan, dünyada sülhün, əmin-amanlığın bərqərar olunmasına mühüm töhfələr verən müstəqil Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə tamamilə yeni iş birliyi yaradıb.Azərbaycanın həyata keçirdiyi irimiqyaslı enerji və nəqliyyat layihələri regiondakı digər dövlətlərin də inkişafına, xalqların rifahına xidmət edir. Bu amillər Azərbaycan ilə müxtəlif ölkələr arasında ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri, həmçinin Özbəkistan ilə münasibətlərin inkişafı mühüm yer tutur. Mərkəzi Asiyanın ən böyük dövlətlərindən olan və sürətlə inkişaf edən Özbəkistan ilə Azərbaycan arasında əlaqələr xüsusilə son illərdə durmadan genişlənir.



    Əntiqə Tağıyeva,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyinin direktoru

    PAYLAŞ:

    Oxşar xəbərlər