Qədim tarixdən bu günə

Qədim tarixdən bu günə
  • Cəmiyyət

  • Azərbaycanın dili eyni kökdən olan, dostluq münasibətlərinin əsrlər əvvəl başladığı Özbəkistanla diplomatik əlaqələr 1995- ci il oktyabr ayının 2 sində qurulub. 1996- cı ildə Özbəkistan Respublikasında səfirliyi açılan Azərbaycana Özbəkistan Respublikasının Prezidenti İslam Kərimovun 26-27 may 1996-cı il tarixdə ilk rəsmi səfəri hər iki dövlət üçün vacib əhəmiyyət kəsb edir. Özbəkistanın sabiq prezidenti Şavkat Mirziyoyevin Azərbaycana 22 avqust tarixində səfəri olub. Azərbaycan Prezidenti İlham Əliyevlə təkbətək görüş keçirən Prezident Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə işğaldan azad edilmiş Füzuli torpağına hədiyyə edilən məktəbin açılışı olub. Prezident İlham Əliyev  - “Bu, Qarabağın bərpası işində xarici dövlətin ilk hədiyyəsidir və biz bu qardaşlıq, həmrəylik və dəstək jestini çox yüksək qiymətləndiririk. Artıq onu da demək lazımdır ki, bu məktəb, əslində, bir təhsil sarayıdır. Mən mayda Füzuliyə səfərim zamanı tikinti işləri ilə tanış oldum və Özbəkistanın bizə bağışladığı həmin qardaş hədiyyəsinin miqyasını əyani şəkildə gördüm”.

    Məktəbin özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıdığını vurğulayan Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, bu, təkcə təhsil ocağı deyil, həm də dostluğumuzun və qardaşlığımızın daha bir mərkəzi olacaq. O, həmçinin əlavə edib ki, dörd gün əvvəl keçmiş köçkünlər olan Füzuli şəhərinin ilk sakinləri öz doğma yurdlarına qayıdıblar və artıq yaxın vaxtlarda, bir aydan da az bir müddətdə uşaqlar Özbəkistandan olan qardaşlarımızın hədiyyə etdikləri məktəbdə oxumağa başlayacaqlar.

    İkitərəfli bu münasibətlər Azərbaycan və Özbəkistan arasında dostluq münasibətinin güclənməsinə və günü gündən daha sarsılmaz hal almasına gətirib çıxardır.

    “Heydər Əliyev və Qarabağ” sərgisində Ulu Öndərin Qarabağda sosial, iqtisadi, siyasi və mədəni inkişaf sahələrindəki xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Eləcə də sərgidə Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, burada keçirdiyi görüşlərə, müxtəlif tədbirlərə aid fotolar yer alıb.

    Diqqətə çatdırıldı ki, 1969-cu ildən etibarən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Doğma xalqının böyük təəssübkeşi olan Heydər Əliyev mürəkkəb tarixi şəraitdə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu il yanvarın 12-də Ümummilli Liderin iştirakı ilə Ağdam–Xankəndi dəmir yolu açıldı. Bu, Ulu Öndər Heydər Əliyevin Qarabağın Azərbaycanın digər rayonlarının təsərrüfat və iqtisadi cəhətdən daha çox birləşdirilməsi baxımından strateji addımı və böyük tarixi xidməti idi. Ulu Öndər Şuşanın inkişafına da xüsusi əhəmiyyət verir və bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirirdi.

    Sonra Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxdılar.

    İşğal zamanı ermənilərin həmin heykəlləri Ermənistana apararaq əritmək istədikləri qonaqların diqqətinə çatdırılıb.
    Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə həmin heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra həmin heykəllər Prezident İlham Əliyevin göstərişi ilə əvvəlki yerlərinə qoyulub.
    Sonra ali qonaq və xanımı Şuşanın Baş planı ilə tanış oldular.



    Çingiz Qurbanov,
    Masallı Tarix-Diyarşünaslıq Muzeyi
    PAYLAŞ:

    Oxşar xəbərlər