Vaxtı ilə heç bir bəyanatlara, qətnamələrə açıq-aşkar məhəl qoymayan Ermənistan indi onlardan yardım istəyir

Vaxtı ilə heç bir bəyanatlara, qətnamələrə açıq-aşkar məhəl qoymayan Ermənistan indi onlardan yardım istəyir
  • Cəmiyyət

  • Artıq uzun illərdir ki, işğalçı bir dövlət kimi tanınan, məqsədyönlü şəkildə Azərbaycan torpaqlarında etnik təmizləmə siyasətini həyata keçirməyə nail olan Ermənistan indi də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinin Azərbaycana reinteqrasiyasını əngəlləmək üçün müxtəlif vasitələrə əl atır.
             
    Məlumdur ki,Ermənistan 30 ilə yaxın bir vaxt ərzində Dağlıq Qarabağı işğal altında saxlamışdır.Həmin ərazilərdə öz mənfur siyasətlərini həyata keçirərək vandallıqlarını sübut etmişlər.Erməni vandalları Dağlıq Qarabağda tarixi və mədəni abidələrimizi,eyni zamanda işğal altında saxladıqları torpaqlarımızı talan etmişlər.Lakin 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu və ölkə Prezidenti İlham Əliyevin apardığı düzgün siyasəti nəticəsində torpaqlarımız erməni vandallarından təmizlənmiş,Azərbaycan Ermənistan üzərində tam qələbə çalmışdır.
               
    Bilirik ki,Ermənistanın əsas məqsədlərindən biri,əlbəttə ki,çoxmillətli dövlət olan Azərbaycanda iki xalqın nümayəndələri arasında uğurlu birgəyaşayışın qarşısını almaqdır.Lakin 2020-ci ildən bəri ardıcıl sürətdə yoxa çıxan bir çox erməni mifləri və utopik ideyaları kimi Ermənistanın ölkəmizə qarşı planladığı bu addımı da BMT TŞ-nin keçirdiyi növbədənkənar iclasında tam fiaskoya uğradı. İclasda söylənilən fikirlər bir daha sübut etdi ki, Ermənistan öz yalan və böhtanlarına heç kimi inandıra bilmir. 
                 
    Cənab Prezident İlham Əliyevin həyata keçirtdiyi uğurlu xarici siyasət kursu Azərbaycanın mövqeylərini ən mötəbər beynəlxalq təşkilatlarda kifayət qədər möhkəmləndirib və bu mövqe nəyə və kimə görəsə sarsılan deyil. 
               
    Rəsmi İrəvan yenə də kiməsə və ya nəyəsə güvənərək BMT TŞ-nin 16 avqust 2020-ci il tarixli növbədənkənar iclasında Azərbaycanın   Laçın-Xankəndi  yolunu guya ki, blokadaya alması və Qarabağda yaşayan ermənilərin aclıqla soyqırıma məruz qoyması faktlarını dünyaya təqdim etmək kimi iddiaları boşa çıxdı. Ermənistan siyasətçilərinin dünyaya təqdim etdikləri daha bir uğursuz şou oldu. Heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, heç kim söylənilən iddialara görə Azərbaycanı ittiham etmədi. Bu, müstəqil ölkəmizin xarici siyasətinin daha bir uğuru idi. 
               
    Maraqlıdır ki, vaxtı ilə heç bir bəyanatlara, qətnamələrə açıq-aşkar məhəl qoymayan bir dövlət indi onlardan yardım istəyir, həm də haqqsız olduğunu bilə-bilə. Buna nə ad vermək olar? Simasızlıq
               
    Özünə hörmət edən heç bir ölkə, təbii ki, riyakar Ermənistanın dəstəkləməyəcək. Müzakirələrdə iştirak edən əksər dövlətlərin nümayəndələrinin çıxışları Azərbaycanın mövqeyini daha da gücləndirdi. Ən əsası isə bu müzakirələr bir daha Qarabağdakı Ermənistan silahlı qüvvələrinin tərki silah edilməsinin vacibliyini qeyd etdi.



    Ş.Xəlilova, 
    S.Xəlilov adına Qızılağac kənd 1 saylı tam orta məktəbin müəllimi 

    PAYLAŞ:

    Oxşar xəbərlər