BMT Təhlükəsizlik şurasının növbədənkənar iclasında Azərbaycanın diplomatik qalibiyyəti

BMT Təhlükəsizlik şurasının növbədənkənar iclasında Azərbaycanın diplomatik qalibiyyəti
  • Cəmiyyət

  • Azərbaycanın siyasi və iqtisadi gücü ildən ilə qazanılan uğurlarla özünü göstərir. Hər il Azərbaycan üçün istər inkişaf baxımdan, istərsə də müxtəlif sahələrdə əldə olunan uğurlara görə yadda qalan olur.

    Bu baxımdan BMT Təhlükəsizlik Şurasının 16 avqust 2020-ci il tarixində növbədənkənar iclasında Azərbaycanın diplomatik qalibiyyətini də xüsusi qeyd etməliyik. Bununla, Ermənistanın növbəti avantürası puç oldu. Belə ki, rəsmi İrəvanın “blokada” və ya “humanitar böhran” ilə bağlı ölkəmizə qarşı təbliğatı əsassız və sübutu olmayan iddialardır. Ermənistan Azərbaycanın Laçın dəhlizini guya blokadaya alması və Dağlıq Qarabağ ermənilərini aclıqla soyqırımına məruz qoymasını BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli növbədənkənar iclasında rəsmiləşdirərək Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə, Laçın dəhlizinin beynəlxalq gücdən istifadə edərək açılmasına çalışsa da, ciddi məğlubiyyətə uğradı.

    Faktiki olaraq heç bir dövlət Ermənistanın tezislərini dəstəkləmədi, Azərbaycanı qeyd edilən iddialarla bağlı ittiham etmədi. Bu, Azərbaycanın xarici siyasətinin, beynəlxalq təşkilatlarda məqsədyönlü siyasətinin bariz uğur nümunəsidir. 30 il davam edən beynəlxalq riyakarlıq tarixi ədalətin bərpa olunması üçün hərbi gücdən istifadə olunmasını qaçılmaz etdi. Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün 24 mart 1992-ci ildə təsis olunmuş ATƏM-in (indiki ATƏT) Minsk Qrupu fəaliyyətinin 28 ili ərzində məsələnin həllinə yox, dondurulmasına çalışmış və bununla da illər ərzində aparılan danışıqlar nəticəsiz qalmışdır. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənilmiş və beynəlxalq qətnamələr kağız üzərində qalmışdır. Azərbaycan daim beynəlxalq hüquqa sadiqliyini nümayiş etdirmiş və münaqişənin danışıqlar vasitəsilə həllinə çalışmışdır. Digər bir mötəbər beynəlxalq təşkilat, BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağıran bəyanatlarla kifayətlənmişdir.

    BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır. Aramsız davam edən Ermənistanın təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etmişdi.
     
    Azərbaycan hər zaman BMT-nin fəal üzvü olmuşdur. Azərbaycan 2011-ci ildə beynəlxalq birliyin böyük dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. O zaman 155 ölkə ölkəmizin namizədliyini dəstəkləmişdi. Bu da Azərbaycanın beynəlxalq nüfuzunun və fəal xarici siyasətinin göstəricisidir. İki illik sədrlik dövründə Azərbaycan çox mühüm məsələlərlə bağlı təşəbbüslər irəli sürmüşdür. Həmin zaman beynəlxalq birliyin gündəliyində duran bir sıra vacib qlobal məsələlərə toxunulmuşdur. Bu gün isə BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan beynəlxalq münasibətlər sistemində mühüm rol oynayır. Ölkəmiz BMT Baş katibinin təşəbbüslərinə dəstək olur.



    Allahverdiyev Orxan,
    Z. Zeynalov adına Hacıtəpə  kənd orta məktəbin Tarix müəllimi  
    PAYLAŞ:

    Oxşar xəbərlər