Hacıqabulda kütləvi zəhərlənmə baş verib

Hacıqabulda kütləvi zəhərlənmə baş verib
  • Cəmiyyət / Maraqlı

  • Hacıqabulda kütləvi zəhərlənmə baş verib.

    Leqal.az xəbər verir ki, report-un Aran bürosunun məlumatına görə, hadisə ötən axşam rayonun istirahət mərkəzlərindən birində qeydə alınıb.

    Belə ki, rayonda istirahət mərkəzlərinin birindən paytaxta qayıdan zaman Bakı şəhər sakinləri, 2010-cu il təvəllüdlü Məmmədli Soltanəli Rövşən oğlu, 1987-ci il təvəllüdlü Adıgözəlova Fidan Rauf qızı, 1952-ci il təvəllüdlü Soltanova Sidiqə Məmməd qızı, 1994-cü il təvəllüdlü Süleymanova Pikəxanım Hafiz qızı, Süleymanova Nuranə Hüseyn qızı, 1973-cü il təvəllüdlü Əliyeva Afaq Soltanəli qızı, 2017-ci il təvəllüdlü Süleymanov Məhəmməd İlkin oğlunun halı pisləşib.

    Həmin şəxslər dərhal Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər