Qaradağda dəyirmi masa keçirildi

Qaradağda dəyirmi masa keçirildi
  • Cəmiyyət

  • Avqustun 9-da  Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Qaradağ rayon təşkilatı ilə birgə “Heydər Əliyev İli” çərçivəsində “Heydər Əliyev və Azərbaycan dili” mövzusunda dəyirmi masa keçirildi.

    Leqal.az xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı yanında Şura üzvləri, başçının müavinləri, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

    Süleyman Mikayılov ümummilli lider Heydər Əliyevin 100 illiyi çərçivəsində bu tədbirin keçirilməsinin mühümlüyünü vurğulayaraq deyib ki, milli-mənəvi dəyərlərimizə diqqət və qayğı göstərən, onlara yüksək qiymət verən ulu öndərimiz dilimizin də qorunmasına və inkişafına daim həssaslıqla yanaşıb:

    "Ümummilli Lider Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra milli dilimizin xilaskarı kimi tarixə öz əbədi imzasını qoyub. Sovetlər dövrü olmasına baxmayaraq məhz Heydər Əliyevin səyi nəticəsində Azərbaycan SSR-in Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunub. Ümummilli lider ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan dilinin inkişafı naminə bir çox qərarlar qəbul edib. Konstitusiyanın dövlət dili haqqında maddəsi ilə bağlı 1995-ci ildə keçirilən müzakirədə Azərbaycan dilinin qanuni haqqı özünə qaytarıldı. Həmin il noyabrın 12-də qəbul olunan Konstitusiyada Azərbaycan dili Azərbayan Respublikasının Dövlət dili kimi təsbit olundu”.

    PAYLAŞ:

    Oxşar xəbərlər