Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibə verib. Müsahibə avqustun 1-də “Euronews” da yayımlanıb.
“Euronews”in müxbiri Şuşa şəhərində qəbul edildiyinə görə Prezident İlham Əliyevə çox minnətdarlığını bildirdi. Sonra müxbir 2020-ci ildəki sülh razılaşmasından sonra gərginliyin hələdə tam aradan qalxmadığını və daimi düşmənçiliyi nə ilə əlaqələndirildiyi haqda sual verdi. Prezident İlham Əliyev bildirdi ki, 2020-ci il 10 noyabrda Bəyanat imzalanan zaman vəziyyət, əslində sülhü təmin etmirdi. O, sülh razılaşması deyildi, Bəyanat idi. Əslində, Ermənistanın kapitulyasiya aktı idi. Bu münaqişənin yekun həllini tapmaq məqsədi ilə sülh sazişi prinsiplərini müəyyən etdik. Hal-hazırda iki ölkənin xarici işlər nazirlərisəviyyəsində çox fəal danışıqlar aparırıq. Sonuncu Brüseldəki görüşümüz Avropa İttifaqı Şurasının Prezidenti tərəfindən təşkil olunmuşdu. Müxbir bu görüşdəki həssas məsələlər ilə bağlı sualına Cənab İlham Əliyev Ermənistan və Azərbaycan arasında sərhədlərin müəyyən olunmasını qeyd etdi. Prezident əlavə etdi ki, İkinci Qarabağ müharibəsi nəticəsində Ermənistan imzaladığı sənəddə onun öhdəliyi vardır ki, bizim eksklavimiz olan Naxçıvana çıxışımız olsun.
Sonra müxbir Qərbin artan vasitəçiliyinə Rusiyanın münasibəti və Rusiya və Ukrayna müharibəsinin getdiyi zamanda Azərbaycan və Ermənistanın ümumi razılığa gəlmə imkanını qiymətləndirməyi xahiş etdi.
Prezident 2020-ci il 10 noyabr tarixli Bəyanatın yəni Atəşkəs sazişinin vasitəçisi nə ABŞ, nə də Avropa İttifaqı deyil, məhz Rusiya olmuşdur. Rusiya-Ukrayna müharibəsi zamanı ABŞ və Avropa fəallaşdı. Bizim üçün əsas nəticəyə gəlməkdir. Hazırda biz ayın sonunda Rusiyaya dəvət almışıq.
Rusiya-Azərbaycan münasibətlərinin indiki vəziyyətinə toxunaraq Cənab İlham Əliyev dedi ki, bizim Rusiya ilə münasibətlərimiz artıq tarazlaşdırılıb. Rusiya Azərbaycanın qonşusu və tərəfdaşıdır. Bizim çoxlu layihələrimiz var.
Enerji sektorunda Qərblə olan razılaşmalar haqda müxbirin sualını əhatəli cavablandıran Prezidentimiz hazırda Azərbaycandan əlavə qaz almaq üçün müraciət edən ölkələrin sayının çoxaldığını bildirdi.
“Euronews”un müxbirinin növbəti suallarından biri Laçın dəhlizində baş verənlər haqda oldu. Bu sualı dəqiq və ətraflı cavablandıraraq Prezident qeyd etdi ki, ikinci Qarabağ müharibəsinin bitməsindən sonra bu yol rus sülhməramlıların nəzarətində idi və bu üçtərəflı Bəyanatın bir hissəsi idi. Orada vəziyyət dəyişməyə başladı. Azərbaycanın faydalı qazıntıları yük maşınlarında Ermənistana daşınmağa başladı. Həmin mədənlərə getmək hüququ təmin edilmədi. Buna görə də vətəndaş cəmiyyəti nümayəndələri yola nəzarət etməyə başladı. Amma yol yenə də bağlı deyildi, hərəkət azad idi.
Prezident sözünə davam edərək bildirdi ki, bu QHT nümayəndələrinə dedik ki, aksiyanı dayandırsınlar. Onlar da dayandırdılar və getdilər. Hazırda hərəkət etmək azadlığı bloklanmayıb.
Aprelin 23-dən sərhəd-keçid məntəqəsini qurduğumuz vaxtdan Qarabağın 2000-dən artıq sakini asan şəkildə gedib-gəlib. Ancaq əfsuslar olsun ki, Qırmızı Xaç Komitəsinin yük maşınlarının yoxlanılması zamanı qaçaqmalçılıq aşkar olundu. Daha sonra Prezident sualları cavablandıraraq qeyd etdi ki, müharibədə qalib gəlmək mənim həyatımın, siyasi həyatımın missiyası idi. Müharibə də uğurla başa çatdı. Sizin gəldiyiniz, sonradan “Zəfər yolu” adlandırdığım bu yol mövcud deyildi. Bu bizim hərbiçilərimizin Şuşaya doğru necə irəliləməsini göstərən yoldur. Sualları cavablandırarkən Prezident İlham Əliyev otuzillik işğaldan əziyyət çəkmiş ölkəmizin işğal altında olan ərazilərin tamamilə məhv edildiyini qeyd etdi. Əlbətdə ki, artıq bu torpaqlar dirçəlir, şəhərlər təzədən salınır.
Prezident Ermənistandakı ermənilərə onların dövləti ilə sülh istəyirik mesajını verdi. Müharibədən əvvəl yüzminlərlə azərbaycanlının Ermənistanda yaşayıb və etnik təmizləməyə məruz qalmağın baxmayaraq bizim heç bir ərazi iddiamız yoxdur. Digər mesajla Prezident bildirdi ki, hazırkı geosiyasi vəziyyəti və qüvvələr balansını dərk etmək lazımdır. Biz nə bu gün, nə də gələcəkdə başqa müharibə istəmirik.
Qarabağdakı Ermənilərə gəlincə, onlar qondarma liderlərinin arxasınca getməməlidirlər. Biz onlara normal həyat təklif edirik.
Sonda Cənab İlham Əliyev qeyd etdi ki, düşünürəm ki, onlar mənə qulaq assalar başa düşəcəklər və bilirlər ki, mən sözümə əməl edirəm.
Aidə Şıxəliyeva,
E. Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəb