“Azərbaycan Avropa İttifaqının liderləri ilə etibarlı tərəfdaşdır”

“Azərbaycan Avropa İttifaqının liderləri ilə etibarlı tərəfdaşdır”
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 31-də Bakı Ekspo Mərkəzində “Bakı Enerji Həftəsi” çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas ” və 11-ci Xəzər Beynəlxalq Energetika və yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılışında iştirak edib. 
    Prezident “Bakı Enerji Həftəsi”nin təşkilat komitəsi adından hamını salamladıqdan sonra qeyd etdi ki, bu il 320 fərqli şirkət 35 ölkəni təmsil edir və bu da toplam olaraq keçən ilin sərgisi ilə müqayisədə 25-30 faiz artım deməkdir. Budəfəki “Bakı Enerji Həftəsi”, eyni zamanda, önəmli bir hadisə ilə - Azərbaycanın ümumilli lideri Heydər Əliyevin yubileyi ilə üst-üstə düşür. Sərgi çərçivəsində ulu öndərin 100 illik yubileyinə həsr olunmuş stendimiz də vardır. Biz 1994-cü ildə neft strategiyamızın – ulu öndər Heydər Əliyevin neft strategiyasının astanasındayıq. Bu il biz müasir Azərbaycanın yaradıcısı ulu öndərin 100 yaşını qeyd edirik.

    1994-cü ildə ilk neft-qaz sərgisi keçirildi və həmin il də məhz “Əsrin müqaviləsi” imzalandı ki, o, ölkəmizdə vəziyyəti kökündən dəyişdi, sərmayələr cəlb edildi, geniş iqtisadi sabitlik təmin olundu. Azərbaycanın firavan gələcəyinin təməli qoyuldu. Xəzər neft-qaz sərgisi 1994-cü ildə təşkil ediləndə ilk tədbir idi ki, Azərbaycanı dünyanın beynəlxalq enerji ictimaiyyətinə təqdim etdi. Bu gün Azərbaycan istehsalçı olaraq həm tranzit ölkələr, həm də istehlakçılar üçün daha təhlükəsiz şərait yaradıb. Bu gün enerji təhlükəsizliyi əlbəttə ki, milli təhlükəsizliyə bərabərdir və hətta milli təhlükəsizlik gündəliyində ən başlıca yeri tutur. Bununla yanaşı, mən Avropa İttifaqının burada nümayəndəsini görməyə şadam. Avropa İttifaqı ilə Azərbaycan ötən ilin iyulunda enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Bu, uğurla icra edilir. ABŞ və Böyük Britaniya hökumətləri hər zaman bizim bütün təşəbbüslərimizi dəstəkləyiblər ki, Azərbaycan öz resurslarını inkişaf etdirə bilsin.

    Bu fürsətdən istifadə edərək, mən ABŞ Prezidentinə, Böyük Britaniyanın Baş nazirinə və onların buradakı nümayəndələrinə təşəkkürümü bildirmək istəyirəm ki, bizə xoş sözlər göndəriblər və onların sözləri bizi ruhlandırır. Sonuncu “Bakı Enerji Həftəsi”ndən bu günə qədər keçirilən tədbirlərə nəzər salsaq görərik ki, bu gün daha çox Avropa ölkəsi Azərbaycanla əməkdaşlıq edir. Mən çox fəxr edirəm ki, Avropa İttifaqının liderləri Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırır. Biz strateji tərəfdaşımız olan BP şirkəti ilə dərin qatlardan qaz hasilatı üzrə layihələr həyata keçiririk. Əlbəttə, görüləcək işlər çoxdur, TANAP genişlənməlidir, TAP genişlənməlidir. Bizim digər Avropa boru kəmərlərinə də çıxışımız olmalıdır və Balkanlarda belə bir çıxışımız olmalıdır. 

    Ötən ilin dekabr ayında Buxarest şəhərində yaşıl enerjiyə dair digər bir mühüm tədbir keçirildi. Azərbaycan, Gürcüstan Macarısta, Rumıniya bir araya gəldi və Avropa Komissiyasının Prezidenti də həmin tədbirdə iştirak etdi. Orada yaşıl enerjiyə və transmissiyaya dair müvafiq sənəd imzalandı. Layihə çərçivəsində Xəzər dənizinin Azərbaycan sektorundan əldə olunacaq külək enerjisini ötürücü xətlər və Qara dənizin dibi ilə çəkiləcək sualtı kabel vasitəsilə Avropa bazarlarına nəqli nəzərdə tutulur. 

    Ümumilikdə saziş və memorandumları nəzərə alsaq, biz artıq 25 giqavatlıq sazişlər imzalamışıq. Biz bunları reallaşdırdıqca bütün işlərimiz uğurla gedəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm. Bununla Prezident öz çıxışına yekun vurdu. 



    Aidə Şıxəliyeva,
    Masallı Elşən Heybətov adına Dəlləkoba kənd ümumi orta məktəb  

    PAYLAŞ:

    Oxşar xəbərlər