COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçrilmişdir

COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü keçrilmişdir
  • Cəmiyyət

  •  Regionda aparıcı aktora çevrilən Azərbaycanın son illər dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edirlər.

    Azərbaycanda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun sammit səviyyəli görüşündə iştirak edən preziden İlham Əliyev çıxış edərək bildirmişdir ki,üç ildən bir qədər çox əvvəl elə həmin bu zalda Azərbaycan Qoşulmama Hərəkatının sədriyi qəbul edilmişdir. Qürurla deyə bilərəm ki, bu Hərəkat son bir neçə ildə beynəlxalq münasibətlərdə mühüm aktorlardan biri olub. Müzakirələrimizə başlamazdan əvvəl sizin diqqətinizi bir məqama cəlb etmək istəyirəm. Hamınızın bildiyi kimi, bir neçə həftə bundan əvvəl Türkiyədə və Suriyada dağıdıcı zəlzələ baş verib. Dövrün ən faciəli təbii fəlakətlərindən biri olan bu zəlzələ on minlərlə insanın həyatını itirmişdir. Zirvə görüşünün bütün iştirakçilar həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişdilər.

    2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatı ölkələrinin yekdil qərarı ilə 2019-2022-ci illər üzrə Qoşulmama Hərəkatına sədrliyinə başladı. Sədrliyimizin müddəti yekdil qərarla daha bir il uzadıldı. Biz Azərbaycanın sədrliyinə göstərdikləri dəstəyə görə üzv dövlətlərə minnətdarıq. 

     Qoşulmama Hərəkatının sədri olaraq məqsədimiz ədalətli və beynəlxalq hüququ müdafiə etməkdir. Pandemiyanın başlamasından dərhal sonra COVID-19-a qarşı qlobal səyləri səfərbər etmək təşəbbüsü ilə çıxış edən məhz Qosulmama Hərəkatı oldu. 

     Prezident İlham əliyev cıxışında 2020-ci ilin may ayında Qosulmama Hərəkatının dövlət və hökumət başçıları səviyyəsində onlayn Zirvə toplantısının keçirilməsi təşəbbüsünü irəli sürdüyünü və  Zirvə toplantısında məlumat bazası hazırlamaq üçün Qoşulmama Hərəkatının İşci Qrupunun yaradılması qərara alındı. Ümumidünya Səhiyyə Təşkilatı pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv dövlətlərin ehtiyaclarını müəyyən etmək üçün bu məlumat bazasına istinad edib. 

     Mən həmin Zirvə toplantısında BMT Baş Assambleyasının liderlər səviyyəsində xüsusi sessiyasının cağırılmasını təklif etmişdim. Bu təklif BMT-yə üzv dövlətlər arasında böyük dəstək qazandı. 

     Xüsusi sessiya 2020-ci ilin dekabr ayında keçirilib və tədbirində 70-dən çox dövlət və hökumət başçısı çıxış edib. Xüsusi sessiyada beynəlxalq həmrəyliyin artırılmasının zəruriliyini vurğulanıb. Qoşulmama Hərəkatının koronavirusla mübarizədə liderliyi qəbul edilib. 

    Bəzi varlı ölkələrin həyata keçirdiyi "peyvənd millətçiliyi"ni xüsusilə pandemiya ilə mübarizədə ciddi maneə kimi qiymətləndirdik. Nəticədə Qoşulmama Hərəkatı bütün ölkələrin peyvəndlərdən ədalətli və vahid şəkildə istifadəsini təmin etmək üçün 2021-ci ildə BMT-nın İnsan Hüquqları Şurasında və BMT Baş Assambleyasında qəbul edilmiş iki qətnaməninb təşəbbüskarı oldu. 

     Qoşulmama Hərəkatının pandemiya ilə mübarizə üçün qlobal səyləri səfərbər edilməsində liderliyi Hərəkatın nüfuzunu və məsuliyyətini bir daha nümayış etdirdi. Azərbaycan əksəriyyəti bizim Qoşulmama Hərəkatı ailəsinin üzvləri olan 80-dən çoz ölkəyə koronavirusla bağlı ikitərəflı kanallar, ya da Ümumidünya Səhiyyə Təşkilatı vasitəsilə maliyyə vř humanitar yardım göstərib. 

     
     
    Ülviyyə  Məmmədova,
    B.Məmmədov ad Böyük Xocavar kənd tam orta məktəbin Dil Ədəbiyyat  müəllimi 
    PAYLAŞ:

    Oxşar xəbərlər