Şəhid olan Azərbaycan çempionunun doğum günüdür

Şəhid olan Azərbaycan çempionunun doğum günüdür
  • Cəmiyyət / Maraqlı

  • Bu gün 44 günlük Vətən müharibəsində şəhid olan Muxtar Əli oğlu Qasımlının doğum günüdür.

    LEQAL.AZ xəbər verir ki, şəhidimiz 1993-cü il fevralın 23-də Bakı şəhərində anadan olub.

    O, 1999-cu ildə Bakı şəhəri 318 nömrəli tam orta məktəbə daxil olub və 2009-cu ildə məktəbi bitirib. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının kikboksinq fakültəsi üzrə bakalavr təhsili alıb.

    Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb.

    M.Qasımlı 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu adına layiq görülüb.

    Muxtar Qasımlı 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şücaət göstərib. Oktyabrın 2-də Füzuli uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

    Bakı şəhəri Qala qəbiristanlığında dəfn olunub.

    O, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
    PAYLAŞ:

    Oxşar xəbərlər