Azərbaycan həqiqətlərini dünya ictimayyətinə uğurla çatdıran Prezident İlham Əliyev əsl liderdir

Azərbaycan həqiqətlərini dünya ictimayyətinə uğurla  çatdıran Prezident İlham Əliyev əsl liderdir
  • Cəmiyyət

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında iştirak edib. Orta Dəhlizin üstünlüklərindən danışan Prezident İlham Əliyev qeyd etmişdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. Azərbaycan həm öz qonşu dövlətləri, həm də digər dövlətlərlə yaxşı münasibətdə olmuşdur. Coğrafi bağlantımızın əlverişli şəraitindən istifadə edərək nəqliyyat infrastrukturuna sərmayələr qoymuşuq.Biz neftin tranzitini Türkmənistan, həmçinin Qazaxıstandan da edirik.
                 
    Biznes mühitinin inkişafı uğurun əsas amillərindən biridir. Azərbaycan,Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıq var. İstehsalçı tranzit ölkələr və istehlakçı arasında balans olmalıdır. Bizim bu ölkələr arasında qarşılıqlı uduşlu vəziyyət yarada bilmişik. Təbii qazla bağlı Avropa Komissiyasından müraciət aldıqdan sonra müxtəkif istiqamətlər üzrə çalışmağa başladıq. Avropa bazarına qaz  ixracımızın daha da artırılmasını bu il düşünürük və bu yolda addımlar atılır.Yaşıl enerji ilə bağlı potensial böyükdür."Masdar" la imzalanmış razılaşma külək və günəş enerjisi hasilatını 2027- ci ilədək 4 qiqavat  və 2037- ci ilədək 6 qiqavat artıracağıq. Bu, həqiqətən də enerji siyasətimizin yeni fəslidir. Neftlə, qazla bağlı işlər yekunlaşıb. Elektrik enerjisi, yaşıl hidrogen və bütün bunlar bizim planlarımızda var.Cənab Prezident sülh və sabitlikdən danışarkən demişdir: Əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.
               
    Yaşıl enerji ilə bağlı potensial çox böyükdür. Xəzər dənizinin külək potensialı 157 qiqavatdır. Qurudakı potensial 27 qiqavatdır. Eyni zamanda, iki il bundan əvvəl aparılmış Vətən müharibəsində işğaldan azad etdiyimiz ərazilərdə 10 qiqavat potensial mövcuddur. Demək olar ki, 200 qiqavata yaxındır. Baş nazir qeyd etdiyi kimi, keçən ilin dekabrında biz Gürcüstandan Rumıniyaya sualtı kabel xəttini çəkmək üçün Buxarestdə müqavilə imzaladıq və bu xəttin gücü 4 qiqavatdır. Hazırda texniki-iqtisadi əsaslandırma işləri aparılır. 
                 
    Görüş zamanı Prezident İlham Əliyevə Ermənistan və Axərbaycan münasibətləri ilə də  bağlı suallar verilmişdir. Cənubi Qafqaz ölkəsi olmasına baxmayaraq, Ermənistanın bu görüşdə iştirak etməməsinin səbəbi var, çünki bizi  Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib.Gürcüstanın addımlarını qiymətləndiririk ,ona görə ki,həmişə qonşu ölkələrin ,eləcə də Azərbaycan və Türkiyənin göeüşlərinun keçirilməsinə ev sahibliyi etməyə çalışıb.Amma Ermənistan isə buna hazır deyil .
                 
    Azərbaycan Mərkəzi Asiya ölkələri ilə mühüm addımlar atmaqdadır. Çinin təşəbbüsü ilə başlayan Çin- Qırğızıstan- Özbəkistan dəmir yolu layihəsi var və bu da nəticədə Xəzər dənizinə gəlib çatacaq. Mərkəzi Asiya, Azərbaycan və Gürcüstan , Türkiyə rəhbər komitə- idarə heyəti ,nəqliyyat infrastrukturu yaradımalıdır. Azərbaycan və Gürcüstan arasındakı münasibətlər sınaqlardan çıxmış ,güvənli və etibarlı əlaqələrə söykənir. Biz bundan da önəmli addımlar ataraq dünyaya dostluğumuzu sübut edəcəyik,biz buna inanırıq.Gələcəkdə  böyük layihələrə imza atacağıq.



    Aytən Cəfərova,
    C.Cabbarlı adına 1saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi
    PAYLAŞ:

    Oxşar xəbərlər