Böyük qayıdışın reallaşması müqəddəs bir vəzifədir

Böyük qayıdışın reallaşması müqəddəs bir vəzifədir
  • Cəmiyyət

  • Tarixi zəfərimizdən sonra milli-strateji vəzifə kimi qarşımızda duran ən mühüm məsələlərdən biri xalqımızın üzün illərdir gözlədiyi Böyük Qayıdışın reallaşdırılmasıdır. Bu çətin, mürəkkəb ancaq eyni zamanda müqəddəs bir vəzifədir. Artıq iki ildir ki, bu istiqamətdə ciddi maliyyə tutumuna malik çox böyük yol-kommunikasiya, enerji və infrasturktur  layihələri həyata keçirilib və keçirilməkdir.

    Ancaq bunun dövlət proqramı çərçivəsində həyata keçirilməsi zərurəti var idi ki, Azərbaycan Prezidenti məhz bu zərurəti nəzərə alaraq “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair birinci Dövlət Proqramı” haqqında Sərəncam imzaladı. Sərəncamda Böyük Qayıdış 5 milli prioritetimizdən biri kimi səciyyələndirilərək mərhələli şəkildə proqramın icrası ilə bağlı konkret layihələrin həyata keçirilməsini nəzərdə tutur. Proqram üzrə icraçılar müəyyənləşdirilərək konkret vəzifələr nəzərdə tutulur eyni zamanda, görülən işlərlə bağlı qiymətləndirmə aparacaq qurum müəyyənləşdirilir. Bu tədbirlər konkret vaxt və qrafik əsasında aparılaçağı üçün məcburi köçkünlərimizin öz yurd-yuvalarında məskunlaşmasını sürətləndirəcək və işğaldan azad edilmiş ərazilərimizin iqtisadi potensialını milli iqtisadiyyatımızla bütövləşdirəcək.

    Əlbəttə, bütün bunlar Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf yoluna qədəm qoyan Azərbaycan Silahlı Qüvvələrinin bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ən yüksək inkişaf zirvəsinə çatdığını təsdiqlədi. Bu dövlət başçısının prinsipial siyasəti idi. Azərbaycan zamanı yetişən kimi düşməni öz torpaqlarından vurub çıxarmalı idi və bunun üçün güclü maddi-texniki baza və hərbi biliklərə yiyələnən insan resurslarına əsaslanan güclü ordu formalaşdırmalı idi.

    Ordumuzun müasir texnika ilə təchizatı, müntəzəm olaraq, lap son günlərə qədər keçirilmiş təlimlər, hərbçilərimizin döyüş potensialının gücləndirilməsi, hərbi sənayenin yaradılması və idxaldan müəyyən dərəcədə asılılığın azaldılması – bütün bunlar məqsədyönlü şəkildə aparılan siyasətin tərkib hissələri idi.

    Beləcə, Azərbaycan Ordusunun şücaəti, silahlı qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin sərkərdəlik məharəti ilə torpaqlarımızın qısa müddətdə – 44 gündə minimum itkilərlə düşmən işğalından azad edilməsi xalqımıza böyük sevinc və qürur hissi yaşatdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bununla bağlı haqlı olaraq bildirir ki, Azərbaycan Ordusunun qarşısıalınmaz əməliyyatları Ermənistan dövlətinin süni olaraq özü haqqında formalaşdırdığı mifi darmadağın etdi. Qələbə sayəsində imzalanan 10 noyabr Üçtərəfli Bəyanatdakı əsas məsələlərin bir çoxu öz həllini tapdı.

    Bildiyiniz kimi, Ermənistan bu bəyanata imza atmaqla öz üzərinə öhdəliklər götürmüşdür və bu öhdəlikləri məcbur olub yerinə yetirməlidir. Bu öhdəliklərin bir hissəsinin yerinə yetirilməsi müharibədən dərhal sonra baş vermişdir. Yəni, o zaman işğal altında olan bölgələrdən erməni qüvvələrinin çıxarılması orada açıq-aydın göstərilirdi və müharibə bitəndən sonra 20 gün ərzində Ağdam, Kəlbəcər və Laçın rayonları bizə qaytarıldı.

    Yaşasın Azərbaycan!

    Yaşasın Ali Baş Komandan!

    Yaşasın Azərbaycan xalqı!




    Abbas Abbaszadə
    YAP Masallı Rayon Təşkilatının fəal üzvü
    PAYLAŞ:

    Oxşar xəbərlər