Şimal bölgəsində temperatur mənfi 20 dərəcəyədək endi

Şimal bölgəsində temperatur mənfi 20 dərəcəyədək endi
  • Cəmiyyət / Maraqlı

  • Şimal bölgəsində mənfi 20 dərəcə temperatur qeydə alınıb.

    "Leqal"ın xəbərinə görə, Qubanın Qrız kəndində qarın hündürlüyü 19 santimetr, havanın temperaturu isə mənfi 20 dərəcə olub.

    Rayonun Xaltan kəndində qarın hündürlüyü 15 santimetr, havanın temperaturu isə mənfi 12,6 dərəcəyədək enib. Qubanın rayon mərkəzində də 20 santimetr qar, mənfi 5,6 dərəcə şaxta qeydə alınıb.

    Xızının Altıağac qəsəbəsində 16 santimetr qar, havanın temperaturu mənfi 9,6, Qusarda 4 santimetr qar, temperatur mənfi 8,8, Şabranda isə 3 santimetr qar, havanın temperaturu mənfi 1,7 dərəcə olub. /Apa



    PAYLAŞ:

    Oxşar xəbərlər