“Cənab Prezident Azərbaycan mediasına geniş müsahibə verdi və bu müsahibədə ölkəmizin ictimai, siyasi, sosial həyatındakı məsələlər, eləcə də, Ermənistanla Azərbaycan arasındakı münasibətlərlə əlaqədar media nümayəndələrinin suallarını cavablandırdı”.
“Leqal” xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.
“Prezident müsahibəsində həmçinin Azərbaycanla Ermənistan arasındakı münasibətlərin normallaşmasının əsasını təşkil edə biləcək məsələlər, potensial sülh müqaviləsinin imzalanması ilə bağlı danışıqlara başlanılması məsələlərinə toxundu. Ermənistandan müvafiq cavabların verilməsini gözləyirik”, - o qeyd edib. /qafqazinfo
LEQAL.AZ