"BMW" şirkəti Las-Veqasda "Consumer Electronics Show"-da proqramdan istifadə edərək rəngini dəyişə bilən dünyanın ilk avtomobilini nümayiş etdirib.
Reuters-in məlumatına görə, avtomobilin rəngi ancaq boz və ağ arasında dəyişə bilər, lakin yaxın gələcəkdə rənglərin çeşidi genişlənəcək.
Bu "BMW iX Flow" konsept avtomobilidir. Avtomobilin görünüşünü dəyişdirmək üçün E-Ink texnologiyasından istifadə edir. Mühəndislərin fikrincə, bu avtomobildə istifadə edilən E-Ink texnologiyası son dərəcə effektivdir. /virtualaz.org
LEQAL.AZ