“Omikron” koronavirusun digər ştammları ilə müqayisədə ağciyərlərə daha az ziyan vurur.
Bunu ABŞ və Yaponiya alimləri tərəfindən aparılan tədqiqatın ilkin nəticələri sübut edib.
Tədqiqatçıların fikrincə, “Omikron” xəstəliyin daha yüngül gedişinə səbəb ola bilər. Onlar siçanlar və digər gəmiricilər üzərində apardıqları bir sıra təcrübələr sonrası belə nəticəyə gəliblər.
Qeyd edək ki, yeni B.1.1.529 ştammı noyabrın sonlarında Botsvana və Cənubi Afrikada aşkar edilib.
Mənbə: “RİA Novosti”