İrəvanda, öz mənzilində, yeni ilin ilk günü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqori Ayrapetov dünyasını dəyişib. Bu barədə Ermənistanın "Shamshyan.com" saytı məlumat yayıb.
Qeyd olunur ki, 1991-2018-ci illərdə Ayrapetov Ermənistan liderlərinin: üç prezidentin və hazırkı baş nazir Nikol Paşinyanın təhlükəsizliyinə cavabdeh olub. O, 2019-cu ilin oktyabrında tutduğu vəzifədən azad edilib.
Qriqori Ayrapetov 2018-ci ilin sentyabrında Düşənbədə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla eyni liftdə olub.
Xatırladaq ki, 2018-ci ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyev Düşənbədə MDB sammiti çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. /virtualaz.org
LEQAL.AZ