Hindistan şirkəti Azərbaycana 700 milyon dollarlıq avadanlıq satacaq

Hindistan şirkəti Azərbaycana 700 milyon dollarlıq avadanlıq satacaq
  • Cəmiyyət

  • Hindistanın “Ram Charan Co Pvt. Ltd” şirkəti Azərbaycana sənaye tullantılarının emalı və elektrik enerjisinə çevrilməsi üçün avadanlıqların təchizatına dair müqavilə bağlayıb. virtualaz.org “manufacturingtodayindia.com” portalına istinadən xəbər verir ki, müqavilə Azərbaycanda fəaliyyət göstərən “Kavkaz Finans” MMC adlı şirkətlə bağlanıb və dəyəri 700 milyon dollardır. Müqaviləyə əsasən Hindistan şiirkəti 2022-ci ilin dekabrından etibarən Bakı ətrafındakı sənaye rayonlarında tullantıların emalı üzrə qurğuların quraşdırılmasını həyata keçirəcək.

    Bildirilir ki, “Ram Charan” şirkəti həmin yüksək keyfiyyətli qurğuları quraşdırmaqla tullantıların elektrik enerjisinə çevrilməsini həyata keçirən zavodun fəaliyyətə başlamasını təmin edəcək. Quraşdırılan bloklar ilkin mərhələdə 200 MVt-a qədər elektrik enerjisi hasil edəcək.

    Bildirilir ki, “Ram Charan” şirkətinin yerli tərəfdaşı “Kavkaz Finans” logostika, infrastruktur və idxal üzrə təcrübəyə malikdir.

    “Kavkaz Finans” şirkətinin ofisi Bakının Nərimanov rayonunda, A.Orucəliyev küçəsində yerləşir. Saytında göstərilir ki, şirkət  ərzaq mallarının idxalı və ixracı sahəsində “inamlı mövqe” tutur. Habelə logistika xidmətləri, o cümlədən Rusiyaya yüklərin çatdırılması xidmətləri göstərir. İran, Suriya, Türkiyə, Hindistan, Misir və digər tərəfdaş ölkələrdən məhsulların idxalını həyata keçirir. /virtualaz.org

    LEQAL.AZ
    PAYLAŞ:

    Oxşar xəbərlər