Saakaşvilinin həyat yoldaşı eks-prezidentin vəziyyətinin ağır olduğunu deyir

Saakaşvilinin həyat yoldaşı eks-prezidentin vəziyyətinin ağır olduğunu deyir
  • Cəmiyyət

  • Mixail Saakaşvilinin həyat yoldaşı, Ukrayna Ali Radasının deputatı Liza Yasko Facebook-da yayımlanarkən siyasətçinin vəziyyətinin ağır olduğunu bildirib. Bu barədə “RİA Novosti” xəbər verir.

    "İki gündən sonra heç kimin Mixaillə görüşməsinə icazə verilmədikdə, bu gün xəstəxana rəhbərliyi Ukrayna konsuluna Mixail Saakaşvilini ziyarət etməyə icazə verib. Onun hazırda hansı vəziyyətdə olması barədə məlumat aldıq. Ona heç bir köməklik göstərilmir. Təəssüf ki, indi vəziyyəti çox zəifdir və bu zarafat deyil”, - Yasko qeyd edib.

    Xatırladaq ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər