Türkiyədə bu gün koronavirusdan 173 nəfər ölüb

Türkiyədə bu gün koronavirusdan 173 nəfər ölüb
  • Cəmiyyət

  • Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 173 nəfər ölüb. Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bildirib.

    Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünkü cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 351 min 965 nəfərin test edildiyi, 20 min 138 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 21 min 214 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.

    Türkiyədə indiyədək COVİD-19-a qarşı birinci, ikinci və üçüncü mərhələ daxil 128 milyon 654 min 886 peyvənd tətbiq edilib ki, bunun 91,51 faizi birinci, 82,82 faizi ikinci mərhələ vaksinasiya olunanlardır.
    PAYLAŞ:

    Oxşar xəbərlər