İsmayıllı rayonunda müəllim intihar edib.
"Leqal" Oxu.az-a istinadla xəbər verir ki, rayonun Mican kənd sakini, 1972-ci il təvəllüdlü Nəzakət Müzəffərli yaşadığı evdə özünü asaraq intihar edib.
O, coğrafiya müəllimi olub. Son vaxtlarda psixoloji sarsıntı keçirdiyi deyilir.
İntiharın dəqiq səbəbi bilinmir.
Faktla bağlı araşdırma aparılır.