Masallıda tədbir — seminar-treninq keçirilib
Masallı rayonu Ə.İsmayılov adına Yeyənkənd kənd tam orta məktəbində Masallı Rayon İcra hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon Polis Şöbəsinin (RPŞ) və Masallı Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə pandemiya qaydalarını gözləməklə “Dini radikalizim, narkomaniya və erkən nigaha qarşı mübarizədə təhsilin rolu” mövzusunda seminar-treninq keçirilib.
Maarifləndirmə məqsədi daşıyan tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Bəxtim Qrayev, DQİDK-nin Masallı bölgəsi üzrə şöbəsinin əməkdaşı Kamil Bağırov, Masallı Rayon Polis Şöbəsinin rəisinin köməkçisi polis baş leytenantı İftixar Talıbov, Masallı Rayon Təhsil Şöbəsinin əməkdaşı Əyyar Burhanov, məktəbin direktoru, məktəbin müəllim və şagird kollektivləri iştirak ediblər.
Çıxışlarda bildirilib ki, dövlətimizin milli-mənəvi dəyərlərə verdiyi önəmin nəticəsi olaraq hazırda ölkəmizdə dini radikalizm meylləri xeyli azalmışdır. Lakin, dini radikalizm və ekstremizm bu gün də vətəndaş cəmiyyəti, hüquqi, demikratik dövlət üçün təhlükə mənbəyi hesab edilir. Vurğulandı ki, bununla bağlı gənclər arasında maarifləndirmə işlərinin gücləndirilməsi vacib məsələdir. Tədbirdə eyni zamanda, radikalizmin törətdiyi fəsadların qarşısının alınması və bu sahədə ictimaiyyətin rolunun əhəmiyyətindən bəhs olunub.
Tədbirdədini radikalizmin, narkomaniya və erkən nigahın fəsadlarından söhbət açılmış, gənclərimizin həm milli-mənəvi, həm də dini dəyərləri əldə rəhbər tutaraq tərbiyə olunması vurğulanmışdır.
Narkomaniyaya qarşı mübarizə sahəsində aparılan profilaktik tədbirlərdən söhbət açan natiqlər bildiriblər ki, görülən tədbirlər nətiçəsində erkən nigah, narkomaniya və digər zərərli vərdişlərə düçar olanların statistiksında xeyli azalma hiss olunur. Yetkinlik yaşına çatmayan qızların məcburən nigaha daxilolma halı valideyn tərəfindən uşağa qarşı törədilən zorakılıqdır. Onlar dərk etməlidirlər ki, övladlarını erkən yaşda ailə qurmağa məcbur etmələri hüquqi baxımdan məsuliyyət yaradır.
Eyni zamanda vurğulandı ki, erkən nigahlarla bağlı maarifləndirmə tədbirlərinə müəllimlər, din xadimləri, bölgənin nüfuzlu insanları və valideynlər cəlb edilməli, tibbi, elmi,dini söhbətlərə geniş yer ayrılmalıdır.
Tədbirin sonunda mövzu ilə bağlı video-çarx nümayiş etdirioldi və iştirakçıları maraqlandıran suallar cavablandırıldı.
LEQAL.AZ