İlham Əliyevin siyasi xəttinə, fəaliyyətinə nəzər saldıqda liderlik potensialının , edə biləcəklərinin sərhədlərini müəyyən etmək, təsəvvürə gətirmək mümkün deyil. Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Məhz buna görə də o, ən çıxılmaz məqamlarda, bəzən başqaları üçün həlli mümkünsüz görünən məsələlərdə belə qətiyyətlə məsuliyyəti öz üzərin götürür və məqsədinə çatır.
Bu gün Azərbaycan vətəndaşı yeni bir reallıqda yaşayır. O, güclü orduya, beynəlxalq aləmdə layiq olduğu siyasi nüfuza, dayanıqlı iqtisadiyyata sahib qalib ölkənin vətəndaşıdır. Bu reallığı yaratmaq üçün Azərbaycan uzun, bəzi məqamlarda çətin yol keçməli oldu. Lakin məhz Prezident İlham Əliyevin liderliyi, müdrikliyi, uzaqgörənliyi, tarixi prosesləri düzgün qiymətləndirmək bacarığı bütün çətin vəzifələrin öhdəsindən uğurla gəlməyə imkan yaratdı. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında Azərbaycan xalqı yeni bir tarix yazdı. Bu tarixdə dünyanın harasında yaşamasından, sosial statusundan, dünyagörüşündən asılı olmayaraq hər bir vətənpərvər azərbaycanlının imzası var. Çünki məhz xalqımızın birliyi, həmrəyliyi, öz liderinə sonsuz inamı bizim qələbələrimizin qayəsini təşkil edir. Bu inamı, bu birliyi yaradansa cənab İlham Əliyevdir. Azərbaycan Prezidentinin "Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm" sözləri bu gün milyonlarla azərbaycanlının inamının başlıca mənbəyidir.
Beləliklə, zaman göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev xalqın xilaskarı olmağı bacardı. Ali Baş Komandan bu illər ərzində Azərbaycan xalqına və dövlətinə qalibiyyət bəxş etdi. O, sözün həqiqi mənasında tam müstəqil dövlət qurmağı bacardı.
Aygün Xəlilova,
Masallı şəhər sakini.