Bu gün Moskvanın tarixində ən soyuq gün qeydə alınıb

Bu gün Moskvanın tarixində ən soyuq gün qeydə alınıb
  • Cəmiyyət / Maraqlı

  • Dekabrın 22-si Moskvada meteoroloji müşahidələr tarixində ən soyuq gün olub. Bunu "Fobos" meteoroloji mərkəzinin əməkdaşı Yevgeni Tişkovets bildirib.

    "Moskvada gün ərzində termometrlər mənfi 20 dərəcədən yuxarı qalxmayıb. Temperatur dekabrda gündəlik normadan 15 dərəcə aşağıdır. Bu, Salexard, Norilsk, Naryan-Mar və Vorkuta kimi şəhərlərin sərt subarktik iqliminə daha uyğundur", - deyə Tişkovets vurğulayıb.

    O qeyd edib ki, 2021-ci il dekabrın 22-si 1948-ci ildən fəaliyyət göstərən VDNX-dakı əsas meteoroloji stansiyasının bütün meteoroloji müşahidə tarixində ən soyuq gün olub: 1967-ci ildə gündüz vaxtı -18, 1969-cu ildə -18,5, 1978-ci ildə -19,1 dərəcə şaxta qeydə alınıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər