Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 577 yeni yoluxma faktı qeydə alınıb, 672 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 610 895 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 587 338 nəfər müalicə olunaraq sağalıb, 8 208 nəfər vəfat edib. 15 349 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 777, bu günə qədər isə ümumilikdə 5 757 381 test icra olunub.