Ukraynada Azərbaycan əsilli güləşçiyə “Əməkdar idman ustası” adı verilib

Ukraynada Azərbaycan əsilli güləşçiyə “Əməkdar idman ustası” adı verilib
  • Cəmiyyət

  • Sonuncu Yay Olimpiya Oyunlarında Ukraynanı təmsil edən və gümüş medal qazanan yunan-roma güləşçisi, həmyerlimiz Pərviz Nəsibov dövlət tərəfindən fəxri ada layiq görülüb.


    Bu barədə o, özünün sosial şəbəkə səhifələrində yazıb.

    23 yaşlı idmançı yaradılan şəraitə görə Ukraynaya təşəkkür edib.

    “Təbrikləri qəbul edirəm. Bu ad mənə 16 illik yorulmaz zəhmət hesabına başa gəlib. Mən 7 yaşlı uşaq ikən idman zalına gəldim və bir daha oradan çıxmadım. Bu yol tikanlı olsa da, gördüyüm işlərdən, çəkdiyim zəhmətin nəticəsindən, unudulmaz qələbə duyğularından zövq alıram. Bütün şərait və imkanlara görə Ukraynaya təşəkkürlər. Vadim Markoviç, məhz sizin rəhbərliyiniz altında belə bir mükafatı qəbul etməkdən xüsusilə məmnunam”, - Pərviz qeyd edib.

    Принимаю Поздравления 🥳
    Это звание пришло ко мне спустя 16 лет моего упорного труда.
    Будучи 7 летним ребёнком я пришёл в зал и больше оттуда не уходил 😅
    Хоть этот путь и тернистый, но не смотря на это я кайфую от того чем занимаюсь,от результатов своих трудов,от незабываемых победных эмоций🤤 ...
    Devamını Gör
    PAYLAŞ:

    Oxşar xəbərlər