Bu gün hava yağmursuz olacaq

Bu gün hava yağmursuz olacaq
  • Cəmiyyət

  • Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    ETSN Milli Hidrometeorologiya Xidmətindən "Leqal"a verilən məlumata görə, lakin gecə bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 6-8° isti, gündüz 10-13° isti,Bakıda gecə 6-8° isti, gündüz 10-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 765 mm civə sütununa enəcək. 

    Nisbi rütubət 60-70 % olacaq.

    Rayonlarda da hava əsasən yağmursuz olacaq. Lakin gecə bəzi yerlərdə yağış yağacağı gözlənilir. Səhər saatlarında duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 3-7° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-8° isti olacaq
    PAYLAŞ:

    Oxşar xəbərlər