Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuat tarix boyu maariflənmədə mühüm rol oynayıb.
Müstəqillik əldə etdikdən sonra demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçən mətbuatımız, Ümumilli lider Heydər Əliyevin fərmani əsasında 1998-ci il avqustun 6-da senzura ləğv edildi və milli mətbuatın inkişafında yeni mərhələ başladı. Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı.
Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələri ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində məqsədyönlü fəaliyyət göstərib. Vətən müharibəsindən sonra ölkəmizdə dövlət-cəmiyyət, dövlət-media münasibətlərində də yeni reallıqlar yaranmışdır.
Azərbaycanda 1999-cu ildə qəbul olunmuş və hazırda qüvvədə olan “Kütləvi informasiya vasitələri haqqında” qanun bu günə kimi 79 dəfə dəyişdirilib və müasir çağırışlarla uzlaşmır. Elə buna görə də ölkədə yeni Media reyestrinin yaradılması, jurnalist anlayışının yenidən tanımlanması, vətəndaş jurnalistikasının qanunun təsir dairəsindən kənarda tutulması da yeni qanun layihəsinin konkret sahədə effektiv hüquqi münasibətlərin tənzimləməsi baxımından əhəmiyyətlidir. Yeni qanun layihəsi məzmun etibarilə əhatəli, konkret və işlək mexanizm yarada bilmə imkanları baxımından səmərəlidir”.
Qoşqar Əliyev,
Təzə Alvadı kənd sakini.