Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Unudulmaz şəxsiyyət” adlı tədbir keçirilib

Yardımlı rayon Heydər Əliyev Mərkəzində “Unudulmaz şəxsiyyət” adlı tədbir keçirilib
  • Cəmiyyət

  • Yardımlı rayon Heydər Əliyev Mərkəzində ulu öndərin anım günü ilə bağlı silsilə tədbirlər davam etdirilir.

    Növbəti tədbir dekabrın 11-də Mərkəzin və Çayüzü kənd tam orta məktəbinin kollektivinin iştirakı ilə baş tutub.

    Ulu öndərin büstünü ziyarət etməklə başlanan tədbir Mərkəzin konfrans zalında davam etdirilib.

    Əvvəlcə, Mərkəzin direktoru vəzifəsini icra edən Aqil Ağayev giriş nitqi ilə çıxış edib. Dahi şəxsiyyətin zəngin və mənalı ömür yolu haqqında fkirlərini ifadə edən A. Ağayev, həmçinin ulu öndərin cəmiyyətimizin inkişafına hesablanmış uğurlu siyasi tədbirləri haqqında geniş məlumatı tədbir iştirakçılarının diqqətinə çatdırıb.

    Sonra çıxış edən Mərkəzin əməkdaşı Zeynəb Məmmədzadə və adıçəkilən təhsil müəssisəsinin müəllimi Cavid Əliyev ümummilli liderin dövlətimizin bugünkü tərəqqisindəki rolundan bəhs ediblər.

    Tədbirin yekununda “Dahi şəxsiyyət” filmi nümayiş olunub. Qonaqlar daha sonra Mərkəzin bələdçisi Tural Kərimovun müşayiəti ilə görkəmli şəxsiyyətin həyat və fəaliyyətini əks etdirən eksponatlara və kitab sərgisinə baxış keçiriblər.

    LEQAL.AZ



    PAYLAŞ:

    Oxşar xəbərlər