Yağış yağacaq, bəzi rayonlarda intensiv olacaq

Yağış yağacaq, bəzi rayonlarda intensiv olacaq
  • Cəmiyyət

  • Bu gün Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

    ETSN Milli Hidrometeorologiya Xidmətindən "Leqal"a verilən məlumata əsasən, gecə və axşam bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 9-11° isti, Bakıda gecə 7-9° isti, gündüz 9-11° isti olacaq.

    Atmosfer təzyiqi normadan yüksək 773 mm civə sütunu təş kil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

    Tibbi-meteoroloji proqnoza gəlincə, dekabrın 13-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da bəzi meteohəssas insanlar üçün əsasən əlverişlidir.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi bəzi rayonlarda arabir güclənəcək. Havanın temperaturu gecə 4-8° isti, gündüz 8-12° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 4-9° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər