İtaliyada partlayışdan sonra 50-yə yaxın adam evsiz qalıb

İtaliyada partlayışdan sonra 50-yə yaxın adam evsiz qalıb
  • Cəmiyyət

  • Siciliya adasının cənubundakı Ravanusa şəhərində yaşayış kompleksində baş verən partlayış nəticəsində 50-yə yaxın insan evsiz qalıb.

    "Leqal"  xəbər verir ki, bu barədə ANSA agentliyi Mülki Müdafiə Departamentinin yerli ofisinə istinadən məlumat yayıb.

    Yerli hakimiyyət evsiz qalan sakinlərə müvəqqəti yaşayış yeri təklif edib.

    Hələlik partlayışda dörd nəfərin öldüyü məlumdur. Dağıntılar altında itkin düşən daha 5 nəfərin axtarışları davam etdirilir.
    İlkin məlumatlara görə, dekabrın 11-də axşam saatlarında Siciliya adasındakı yaşayış kompleksində qaz sızması partlayışa səbəb olub, nəticədə üç ev dağılıb, daha dörd evə ziyan dəyib.
    PAYLAŞ:

    Oxşar xəbərlər