Biləsuvar sakinlərindən qanunsuz silahlar götürülüb

Biləsuvar sakinlərindən qanunsuz silahlar götürülüb
  • Cəmiyyət

  • Daxili işlər orqanları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi məqsədilə əməliyyat-axtarış tədbirləri davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

    Bildirilib ki, bu istiqamətdə Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakinləri S. Məhərrəmov,

    A.İmanov və E.Nəsirlidən qanunsuz olaraq saxladıqları müxtəlif markalı ov tüfəngləri aşkar edilərək götürülüb.

    Silahlar aidiyyəti üzrə təhvil verilib. Faktlar üzrə Biləsuvar RPŞ-də müvafiq araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər