Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?
  • Cəmiyyət

  • Bakıda və Abşeron yarımadasında dekabrın 12-də buludlu hava şəraiti üstünlük təşkil edəcək.

    Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən "Leqal"a verilən məlumata görə, gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 6-8° isti, gündüz 9-11° isti, Bakıda gecə 6-8° isti, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu 774 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% olacaq.

    Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi arabir güclənəcək.

    Havanın temperaturu gecə 4-8° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-3° şaxta, gündüz 3-7° isti olacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər