Masallı məktəbliləri Ulu Öndərin və şəhid Raqib Əzizovun xatirəsini ehtiramla anıblar

Masallı məktəbliləri Ulu Öndərin və şəhid Raqib Əzizovun xatirəsini ehtiramla anıblar
  • Cəmiyyət

  • Masallı məktəbliləri Ulu Öndərin və şəhid Raqib Əzizovun xatirəsini ehtiramla anıblar

    Dekabrın 9-da Masallı rayonunun Güllütəpə kənd tam orta məktəbində Ulu öndər Heydər Əliyevin və şəhid Əzizov Raqib Vidadi oğlunun anım gününə həsr olunmuş tədbir keçirilib.

    Tədbirdə məktəbin şagird və müəllim kollektivi ilə yanaşı, valideynlər, "Yeni həyat" qəzetinin əməkdaşı Akif Ağayev, MƏSQ Güllütəpə ərazisi üzrə veteranlar təşkilatının sədri Rafət Ağayev də iştirak edib.

    Əvvəlcə Ümummili Lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsi ehtiramla anılıb.

    Tədbiri  giriş sözü ilə məktəbin direktor müavini Rövşən Muxtarov açıb.    

    “Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayevin, müəllimlərdən İlham Əsədovun, Abid Abiyevin çıxışları dinlənilib.

    Çıxışlarda Ümummilli Liderin böyük xilaskarlıq rolundan, dahi şəxsiyyətin siyasi irsinin əhəmiyyətindən, ölkəmizdə təhsilin inkişafına göstərdiyi xüsusi qayğıdan bəhs edilib, gizir şəhid Raqib Əzizovun şücaətindən, döyüş yolundan danışılıb, yeni nəslin qəhrəmanlarımızı tanımalarının vacibliyi vurğulanıb.

    Şagirdlər Ulu Öndərə, Vətənə, şəhidlərə həsr edilmiş şeirlər, nəğmələr səsləndiriblər.

     
    Müəllif: Akif AĞAYEV



    PAYLAŞ:

    Oxşar xəbərlər