Dekabr ayının 4-ü Azərbaycan İdman Könüllüləri ictimai birliyi və Qazax Dövlət Sosial İqtisadi Kollecinin birgə təşkilatçılığı ilə "İntihar çıxış yolu deyil" mövzusunda onlayn seminar keçirildi.
Psixoloq, yaşam kouçu, yazar Sübhanə Süleymanova seminar zamanı intihar etməyin çıxış yolu olmadığını vurğuladı, intiharın səbəbləri nələrdir və ətrafımızda intihar düşüncəsi olanlar varsa, onlara necə kömək edə biləcəyimiz barədə fikirlərini, məsləhətlərini təlim iştirakçıları ilə bölüşdü.
Sonda seminarda iştirak edən könüllülərin sualları cavablandırıldı və meditasiya edildi.