Şəhid Teymur Abbasovun əziz xatirəsinə ithafən

Şəhid Teymur Abbasovun əziz xatirəsinə ithafən
  • Cəmiyyət

  • "Şəhid Teymur Abbasovun əziz xatirəsinə ithafən"

    Gör necə dövran yaşadıq, bəxtəvər idik,
    Göylərdə süzən sülhü quşundan betər idik.
    Nə bilərdik bir vaxt gələcək dərdü-bəlalar,
    Yerlə yeksan olacaq, təxtü –saraylar.
    Min illər yaşamışdı xalqım Şuşamızda,
    Xarı bülbüllərə qərq olmuş o, Qarabağda.
    Bir göz qırpımı oldu viranə kənd və şəhərlər,
    Qara örpəyə büründü üfüqdə səhərlər.
    Alışdı odlar-alovlar, odlar diyarımda,
    Baş –başa verdi yağılar o “Xan sarayında”.
    Dağıtdı Qarabağı erməni sülalələri,
    Qalxdı göylərə millətimin ah-nalələri.
    Ordumuz tökülən qanımıza qan dedilər,
    Sızlayan hər daşıma, torpağıma can dedilər.
    Teymur Abbas da qoşuldu vətənin çağrışına,
    Mərdü -mərdanə atıldı cihadın ağuşuna.
    Vətənin eşqi apardı onu qanlı cihada,
    Sındı düşmənin beli, elə getdi güdaza.
    Gördülər yağılarım Murovun sərt üzünü,
    Teymurtək igidlərin minini, həm yüzünü.
    Qurban getdi düşmənim ordumun andlarına,
    Qolları burulmayan əsir torpaqlarıma.
    Bəşəriyyət önündə öldülər, kiçildilər,
    Teymurların əlində ot kimi biçildilər.
    Bu necə qanlı döyüş, torpağımın qatı yanır,
    Düşmən geri çəkilir, əlində sursatı yanır.
    Azad olur beləcə yaralı Hadrut, Xocavənd,
    Zamanın çarxı dönüb, şükür  olsun bizə səmt.
    Lənət olsun sənə ey dişi qanlı canavar,
    Neçə ildir bilirik torpağımda gözün var.
    Qırx dörd günlük savaşın ağrısını-acısını,
    Yaradan özü vurdu həqiqət qamçısını.
    Göylər də yanır, yer də yanır can şəhidim,
    Bürüyüb köksünü al-qan şəhidim.
    Arzular boğçasıydı qanayan qanlı sinən,
    Şəhidim gözlərin aç, yaranı mələkdi silən.
    Kimə tapşırdın axı Sonanı, cüt balanı?
    Tazə tər pöhrələri, çiçək üstə qonanı?
    Sən özün yerdə deyil, göylərdə cənnət quşusan,
    Tanrımın seçilmişi, özü vermişdi nişan.
    Yeddi qurban kəsilib o şahanə qamətinə,
    Baxanda gözlər qamaşır  daşdakı surətinə.
    Şahidim, həm şəhidim, hünərim, hünərvərim,
    Şəhidliyə ucalan Teymurum, igid nərim.


    Müəllif: Rəna Əlisaqızı
    PAYLAŞ:

    Oxşar xəbərlər