Türkiyə Silahlı Qüvvələrinin PKK terror təşkilatına qarşı keçirdiyi Eren Kış-6 əməliyyatı zamanı türk hərbçi şəhid olub.
"Leqal" Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat Tuncelinin Ovacık ərazisində aparılıb.
Əməliyyat nəticəsində 3 terrorçu məhv edilib. Türkiyə ordusunun əsgəri ağır yaralanıb və o, xəstəxanada vəfat edib.
Daxili işlər naziri Süleyman Soylu şəhidin ölümü ilə əlaqədar Türkiyə xalqına və yaxınlarına başsağlığı verib.