İki PKK-çı tutuldu, Türkiyəyə gətirildi

İki PKK-çı tutuldu, Türkiyəyə gətirildi
  • Cəmiyyət

  • Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/KCK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib. Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

    Nəticədə qruplaşmanın rəhbərliyində təmsil olunan Pərvin Arslan və Əmrah Adıgözəl həbs olunublar. Adıgözəl terror təşkilatının rəhbərlərindən Duran Kalkanın mühafizəçisi olub.

    Terrorçular Türkiyəyə gətiriliblər və hüquq-mühafizə orqanlarına təhvil veriliblər. Lakin əməliyyatın hansı ölkədə keçirildiyi açıqlanmayıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər