Noyabrın 30-da “Qaraheybət” hərbi poliqonunda baş verən qəzada həlak olan, adı “işçi Nəbiyev” kimi keçən şəxsin kimliyi məlum olub. Həmin şəxs ehtiyatda olan polkovnik Nəbiyev Elçin Fikrət oğludur. O, general-leytenant Rail Rzayevin Hərbi Hava Qüvvələrinin (HHQ) və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHMQ) komandanı olduğu dövrdə Azərbaycanın baş şturmanı, “naviqasiyanın atası”, HHMQ və HHQ Baş Qərargah rəisi olub.
İlk və yeganə azərbaycanlıdır ki, SSRİ zamanı Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib. Sonra könüllü olaraq Azərbaycan Ordusuna dönərək 90-cı illərin Qarabağ müharibəsində iştirak edib. Müharibə zamanı ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb. Sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük Vətən müharibəsində də uğurlu əməliyyatların tərtibində müəlliflərdən, ön cəbhədəki məxfi qərargahda birbaşa iştirakı olan gizli qəhrəmanlarımızdan biridir.
Ətraflı Baku TV-nin süjetini təqdim edirik: