Helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimi keçirilir

Helikopter qəzasında həlak olan hərbçilərlə vida mərasimi keçirilir
  • Cəmiyyət / Maraqlı

  • “Qəfil ölüm həmkarlarımızı həyatdan tez apardı. Bu itki çox ağırdır”.

    "Leqal"  xəbər verir ki, bunu Dövlət Sərhəd Xidmətinin rəisinin müavini, general-leytenant İlham Mehdiyev şəhidlərlə vida mərasimində deyib.

    O bildirib ki, Azərbaycan hərbçiləri 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad ediblər.

    “Biz bu peşəkar heyəti 5-10 illər ərzində hazırlamışdıq. Bu bizim üçün böyük itkidir”.

    Bu sözləri isə ötən gün Xızıda şəhid olan hərbçilərlə keçirilən vida mərasimində Dövlət Sərhəd Xidmətinin general-mayoru Faiq Məmmədov deyib. 

    General bildirib ki, şəhidlərin xatirəsi daim qəlbimizdə yaşayacaq.


    oxu.az
    PAYLAŞ:

    Oxşar xəbərlər